MƏDƏNİYYƏT


Elçin Musaoğlu beynəlxalq film festivalının münsiflər heyətində

Bakı, 15 iyul, AZƏRTAC

Tanınmış Azərbaycan kinorejissoru və ssenaristi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub. Festival iyulun 22-dən 28-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Bu barədə AZƏRTAC-a C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Qeyd edək ki, Elçin Musaoğlunun “40-cı qapı” və “Nabat” tammetrajlı bədii filmləri dünyanın bir çox nüfuzlu film festivallarının müsabiqə proqramlarında nümayiş etdirilib və mükafatlara layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.