İQTİSADİYYAT


Elçin Qəhrəmanov: Çalışacağıq ki, zavodumuzun istehsal etdiyi velosipedlər keyfiyyətli və ucuz olsun VİDEO

Bakı, 7 iyul, Ramiz Quliyev, AZƏRTAC

İsmayıllı velosiped zavodu velosipedlərin ehtiyat hissələrinin 80 faizini Yaponiyadan alır, Tayvan, Malayziya və Bolqarıstanla da əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”in yeni modellərinin təqdimat mərasimində jurnalistlərə müsahibəsində zavodun direktoru Elçin Qəhrəmanov məlumat verib.

O, həmçinin qeyd edib ki, zavodda Niderland, Türkiyə və Bolqarıstan avadanlıqlarından istifadə olunur.

“Müəssisə ehtiyat hissələrindan başqa disk və təkər də istehsal edir. Çalışacağıq ki, zavodumuzun istehsal etdikləri velosipedlər xarici analoqları ilə müqayisədə həm keyfiyyətli, həm də ucuz olsun”, - deyə direktor vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.