MƏDƏNİYYƏT


Elçinin “Baş” romanı Moldovada nəşr olunub

Bakı, 20 iyun, AZƏRTAC

Xalq yazıçısı Elçinin “Baş” romanı qısa müddət ərzində respublikamızın hüdudlarından kənarda da geniş yayılmağa başlamış, beynəlxalq ədəbi marağa səbəb olmuşdur. Roman Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında rus dilində nəşr edildikdən sonra, kütləvi oxucular üçün nəzərdə tutulmuş “Roman-qazeta” da iyun nömrəsini bütövlükdə “Baş” romanının çapına həsr etmişdir.

AZƏRTAC xəbər verir ki, bu günlərdə isə Kişinyovun “Editura ARS” nəşriyyatı “Baş” romanını moldav dilində nəfis şəkildə nəşr edib. Əsəri moldav dilinə Aleksandru Vakulovski tərcümə edib.

Hazırda roman türk, ingilis və alman dillərində İstanbul, London və Köln nəşriyyatlarında çapa hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.