ELM VƏ TƏHSİL


Elektrik enerjisi istehsal edən taxta döşəmə

Bakı, 13 fevral, AZƏRTAC 

ABŞ-ın Viskonsin Universitetinin alimləri üzərində yeridikdə enerji istehsal edən döşəmə örtüyü yaradıblar. Alimlərin fikrincə, kimyəvi emal olunmuş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir.

AZƏRTAC “budport.com” saytına istinadla xəbər verir ki, xüsusi texnologiya vasitəsilə hazırlanmış yonqar qalınlığı bir millimetrdən artıq olmamaq şərti ilə funksional elementlər şəklində döşəməyə düzülür.

Tədqiqatçılar ticarət mərkəzləri və stadionlarda yonqar döşəmələrinin quraşdırılması nəticəsində şəhərin əlavə enerji mənbəyi ilə təchiz ediləcəyinə əmindirlər.

Aparılmış tədqiqatlar bu örtüyün adi döşəmələrə nisbətən daha davamlı olacağını göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.