DÜNYA
Elektromobil satışı azaldıla bilər
Berlin, 13 iyul, AZƏRTAC
Elektromobil satışı istehsalçıların bu cür maşınların gediş ehtiyatı barədə yanlış məlumatı səbəbindən azala bilər.
Hayslinhen şəhərində Avtomobil Sənayesi İqtisadiyyatı İnstitutunun rəhbəri Villi Dits dpa agentliyinə bildirib ki, bu cür maşınların real yürüş imkanı istehsalçının elan etdiyindən bəzən 20-40 faiz az olur.
Ekspertin sözlərinə görə, bu cür maşınları dəstəkləyən dövlət proqramı çərçivəsində elektromobili almaq qərarına gəlmiş alman avtomobil həvəskarları ən yaxın vaxtda “nəzəriyə və təcrübənin uyğunsuzluğundan” məyus ola bilərlər. Villi Dits güman edir ki, gediş ehtiyatı çatışmazlığı problemi elektromobilin imicinə mənfi təsir edərək satış həcmini azalda bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]