İQTİSADİYYAT


Elektron Hökumət Təlim-Tədris Mərkəzi yeni təlimlərə başlayır

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılmış Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM) fəaliyyətini genişləndirir. Mərkəz informasiya texnologiyaları və insan resurslarının inkişafı sahəsində növbəti təlimlərə start verib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki təlimlər “Elektron Hökumət” üzrə informasiya texnologiyaları bilikləri və bacarıqlar, ofis və dizayn proqramları ilə iş və ondan peşəkar istifadə, informasiya texnologiyaları texniklik və informasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları və sistem inzibatçılığı, proqramlaşdırma, kodlaşdırma və insan resurslarının inkişafı istiqamətlərini əhatə edir.

Geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulan təlimlərdən ayrı-ayrı fərdlər, tələbələr, dövlət qulluqçuları və özəl müəssisələrdə çalışan işçilər bəhrələnə biləcəklər. Mərkəz bu məqsədlə dövlət qurumları, özəl şirkətlər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa hazırdır.

EHTTM-in Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Qazax, İmişli, Göyçay, Qəbələ, Şamaxı, Şirvan, Şəki, Qusar, Zaqatala və Bərdə şəhərlərində yerləşən regional mərkəzləri var. Bunun sayəsində təkcə Bakıda deyil, həmçinin regionlarda da əhalinin, xüsusən də gənclərin İKT biliklərinin artırılması, mövcud bacarıqlarının inkişafına töhfə veriləcək.

Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompyuter və informasiya texnologiyaları sahəsində istifadəçilərin biliklərinin artırılmasına xidmət edir. Burada İKT biliklərinin inkişafı üçün mütəmadi olaraq peşəkar təlimlər təşkil olunur.

Müasir avadanlıq və texnologiyalarla təchiz edilmiş kompyuter otaqlarında və laboratoriyalarda təcrübəli və peşəkar müəllimlər tərəfindən ən müasir metodika ilə təqdim edilən təlimlər sayəsində hər bir tələbənin keyfiyyətli biliklər əldə etməsinə zəmanət verilir.

Mərkəz Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 ünvanında yerləşən əsas ofisində fəaliyyət göstərir. Əməkdaşlıq və təlimlərdə iştirak etmək üçün (012) 5050113 və (077) 5050113 əlaqə nömrələri, [email protected] e-poçt, www.e-training.az və www.telim.az saytları vasitəsilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, mərkəzin “facebook”, “twitter”, “Instagram” səhifələri xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.