ELM VƏ TƏHSİL
Elektron elmin formalaşması problemləri tədqiq olunur
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron elmin formalaşmasının aktual elmi-nəzəri problemləri tədqiq edilir, verilənlər haqqında elmin (Data Science) təşəkkülü və perspektiv məsələləri, açıq elm (Science 2.0) konsepsiyası araşdırılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda bulud texnologiyası əsasında “Elektron elm”in texnoloji modelinin işlənilməsi istiqamətində elmi tədqiqatlar davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional alt sistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi həyata keçirilir.