İQTİSADİYYAT


“Elektron hökumət” portalına daha bir xidmət inteqrasiya edilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təqdim etdiyi "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" adlı elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

Portaldan AZƏRTAC-a bildirilib ki, artıq istehlakçılar su sayğacının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi üçün “e-gov.az” portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər.

Xidmət qeydiyyatlı olduğu üçün abonentlər, ilk növbədə, “Elektron hökumət” portalında təqdim edilən audentifikasiya vasitələrindən biri ilə portaldan qeydiyyatdan keçməlidir.

Sonra isə abonent “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlər içərisindən “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti” adlı xidməti seçməli, təqdim edilən pəncərədə abonent kodunu daxil etməli və “Davam et” düyməsini seçməlidir.

Abonent kodu daxil edildikdə məlumat bazasında kodun mövcudluğu yoxlanır və daxil edilən koda uyğun abonent məlumatları ekranda göstərilir. Kod bazada mövcud olmadığı təqdirdə ekranda “Daxil edilən kod düzgün deyil” xəbərdarlığı göstərilir.

Müraciətin qeydiyyata alınması üçün isə vətəndaş açılan pəncərədə müraciətin səbəbi, əlaqə yaratmaq üçün telefon və email ünvanı, müraciətlə bağlı açıqlama və əlavə qeydlər barədə məlumatları daxil etməlidir. Məlumatlar daxil edildikdən sonra “Müraciət et” düyməsi sıxılır və ekranda “Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik” məlumatı qeyd edilir.

Müraciət qeydiyyata alındıqdan sonra 15 iş günü ərzində abonentin ünvanında Sukanal idarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.

Ətraflı məlumatı “Elektron hökumət” portalından (e-gov.az) əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.