İQTİSADİYYAT


“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib

A+ A

Bakı, 17 dekabr, AZƏRTAC

“Elektron hökumət” portalına daha bir qurum qoşulmaqla öz xidmətini istifadəçilərin ixtiyarına verib. Belə ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Alternativ və bərpaolunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlı yeni elektron xidməti portala inteqrasiya edilib.

Portaldan AZƏRTAC-a bildirilib ki, xidmətdən istifadə edən hüquqi və ya fiziki şəxs elektron formada müraciət etməklə, fəaliyyətinə xüsusi icazə ala bilər. Xüsusi icazə alternativ enerji əsasında istehsal olunan bütün növ istilik və elektrik enerjisi, su enerjisi, külək enerjisi, günəş enerjisi, biokütlə enerjisi, geotermik enerji, gücü 50 kilovatdan 10 000 kilovatadək olan kiçik su elektrik stansiyası, külək elektrik stansiyası əsasında enerji alınması üçün nəzərdə tutulan obyektlərin (qurğuların) layihələndirilməsi, tikintisi və istismarı ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə verilir.

Ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/495 linkindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.