İQTİSADİYYAT


“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib

Bakı, 10 avqust, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub.

NRYTN-dən AZƏRTAC-a bildiriblər ki, bu xidmət vasitəsilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.

Xidmətdən istifadə etmək üçün portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə “Bütün xidmətlər” bölməsini, sonra isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmətləri içərisindən “Elektron müraciət” adlı xidməti seçilməlidir. Açılan səhifədə “Su kanal idarələri”, yaxud “İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib “Müraciət et” düyməsinə sıxmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.