İQTİSADİYYAT


“Elektron hökumət” portalında daha bir yenilik

Bakı, 5 noyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin daha iki elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.

Portaldan AZƏRTAC-a bildirilib ki, “Abidələrin təhlükəsizliyini təmin etmək məqsədilə hüquqi və fiziki şəxslərlə mühafizə www.e-gov.azmüqavilələrinin və aktlarının bağlanılması üçün müraciətin və sənədlərin qəbulu” və “Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” xidmətlərindən istifadə etmək istəyən hüquqi və fiziki şəxslər “e-imza” sertifikatı ilə “www.e-gov.az” portalına daxil olub Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi xidmətlər siyahısından uyğun olan xidməti seçməlidir.

Müvafiq xidməti seçdikdən sonra təqdim olunan blank istifadəçi tərəfindən tamamlanır, ərizə forması yüklənərək doldurulur və tələb olunan sənədlərin surəti ilə birlikdə elektron formada nazirliyə göndərilir. On beş gün ərzində istifadəçinin seçdiyi xidmət üzrə abidələrin təhlükəsizliyini təmin etmək məqsədilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələri, aktlar bağlanır. Həmçinin arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı həyata keçirilir.

Beləliklə, Mədəniyyət və Turizm Nazirliyinin "Elektron hökumət" portalına inteqrasiya olunan elektron xidmətlərinin sayı 15-ə çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin “Elektron hökumət” portalına inteqrasiya ediləcək xidmətlərinin sayı 17-yə çatdırılmalıdır.

Ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/477 linkindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.