İQTİSADİYYAT
“Elektron hökumət” portalında yerləşdirilən fərdi məlumatlar bank tərəfindən hüquqi sənəd kimi qəbul ediləcək
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində birgə əməkdaşlığa dair müqavilə imzalanması qərara alınıb. Müqavilənin ilkin variantı “Unibank”a təqdim edilib.
Müqavilənin şərtlərinə görə, müştəri özü haqqında fərdi məlumatları “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə banka göndərə biləcək. Elektron arayışda vətəndaşın şəxsiyyət vəsiqəsi, Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemləri və digər zəruri məlumatlar əksini tapacaq. Beləliklə, müştəri barədə fərdi məlumatlar səlahiyyətli bank işçiləri tərəfindən “Elektron hökumət” portalı vasitəsilə əldə olunacaq və bank tərəfindən hüquqi sənəd kimi qəbul ediləcək.
Artıq layihə üzrə MHM ilə bir neçə bank arasında müqavilə imzalanıb və gələcəkdə digər banklarla da bu sahədə əməkdaşlıq edilməsi planlaşdırılır.