CƏMİYYƏT


“Elektron kənd təsərrüfatı” üzrə təlimlər keçirilir

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC 

Oktyabrın 24-dən 25-dək rayon (şəhər) idarələrinin torpaq məsələləri, informasiya texnologiyaları və bitkiçilik sahəsi üzrə mütəxəssisləri üçün təlim kursları keçirilir. Bakıda keçirilən təlim kurslarının məqsədi “Elektron kənd təsərrüfatı” informasiya sistemi üçün məlumatların düzgün toplanması və emal edilərək elektron sistemə transfer olunması üzrə bilik və bacarıqların artırılmasıdır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması çərçivəsində “Torpaq sahələrinin rəqəmsallaşdırılması və ilkin coğrafi məlumatlar bazası, subsidiya və siyasətə dair” informasiya sistemi hazırlanıb. Subsidiya siyasətinin daha şəffaf həyata keçirilməsi, aparılacaq əkinlərin planlaşdırılması və təşkili məqsədi ilə pambıq, tütün və baramaçılıqda əsas yem bazası olan tut (çəkil) bağlarının dəqiq uçotunun aparılması, həmin torpaq sahələrinin yerinin, ölçüsünün, mülkiyyət formasının, təyinatının və məqsədli istifadə növünün müvafiq qaydada müəyyənləşdirilməsi, vahid coğrafi məlumatlar bazasının formalaşdırlması üçün informasiya sistemlərinə daxil edilməsi əsas məqsəd kimi qarşıya qoyulub.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının və doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarında Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatında pambıqçılıq, tütünçülük və baramaçılıq sahələrinin inkişafına ciddi dövlət dəstəyinin göstərilməsi, bu sahələrin inkişaf etdirilməsi üçün potensialı olan rayonların və ərazilərin müəyyənləşdirilməsi və həmin rayonlarda qeyd olunan bitkilərin əkin sahələrinin genişləndirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.