ELM VƏ TEXNOLOGİYA


Elektron təhsil mühitinin idarə edilməsi məsələləri araşdırılır

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi üzrə elmi tədqiqatlar davam etdirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə bulud texnologiyaları əsasında formalaşan elektron təhsil mühitinin idarə edilməsi, formalaşdırılması, beynəlxalq elektron təhsil standartlarının tədqiqi, elektron tədris müəssisələrində “Big Data” texnologiyalarının tətbiqi istiqamətində araşdırmalar aparılır. Təhsil sistemində informasiya-kommunikasiya texnologiyaları (İKT) ixtisaslarının beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənilməsi istiqamətində İKT ixtisasları üzrə optimal proqramın seçilməsində iyerarxiya analiz metodunun tətbiqi işləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.