CƏMİYYƏT


“Elektron təhsil” müsabiqəsinin birinci mərhələsi başa çatıb

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə 1.313 layihə təqdim olunub. Onlardan 93-ü müsabiqənin şərtlərinə uyğun olmayıb, ümumilikdə isə 1220 layihə qəbul edilib. Layihələrin 744-ü müəllimlər, 438-i şagirdlər, 38-i isə məktəblərin inzibati heyəti tərəfindən göndərilib. Layihələr ümumi mərhələdə müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları noyabrın sonunda elan ediləcək.

Müsabiqə “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə altı nominasiyada təşkil olunub. Müsabiqənin keçirilməsinin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və onların fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaqdır. Həmçinin internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını araşdırmaq, müəllim və şagirdləri elektron resurslar yaratmağa, hazır resurslardan istifadəyə həvəsləndirməkdir.

Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.

Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyədək altı mindən artıq layihə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.