ELM VƏ TƏHSİL
Elektron tibbin müxtəlif problemlərinin həlli ilə bağlı elmi araşdırmalar aparılır
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron tibb mühitində qərarların qəbulunu dəstəkləyən model və metodların işlənilməsi üzrə tədqiqatlar aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu ilin birinci yarısında əhalinin sağlamlığına təsir edən müvafiq amillər təyin edilib, onların sistemləşdirilmiş iyerarxik strukturu müəyyənləşdirilib, həmçinin e-tibb mühitində sosial medianın imkanları, risk faktorları təhlil olunub.
Hazırda e-tibbin müxtəlif problemlərinin həlli ilə bağlı elmi araşdırmalar davam etdirilir.