CƏMİYYƏT


“Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC 

Noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilib.

E-vətəndaş cəmiyyəti (www.e-vc.az ) portalının rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək bildirib ki, altı ay müddətində icra olunan layihə elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafını əhatə edir. Bu təşəbbüsün əsas məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının institusional inkişafının dəstəklənməsi və cəmiyyətdə QHT-lərin fəaliyyəti ilə bağlı etimadın artırılmasıdır.

C.Hüseynzadə qeyd edib ki, layihə çərçivəsində müəyyən fəaliyyətlər həyata keçirilib: QHT-lərin xəbərləri yayımlanıb, QHT.az saytının texniki imkanları genişləndirilib və dizaynı yenilənib, QHT nümayəndələri üçün təlimlər keçirilib, E-bazaya QHT-lər haqqında məlumatlar daxil edilib və onlar üçün subdomenli saytlar hazırlanıb, QHT liderlərinin informasiya bankı yaradılıb, QHT.az saytından və şəbəkədən istifadə ilə bağlı videoçarx hazırlanıb.

Bildirilib ki, layihə çərçivəsində QHT-lərin fəaliyyəti, həyata keçirilən layihələr və tədbirlər haqqında minə yaxın xəbər hazırlanıb, saytda yayımlanıb. Bu xəbərlərin müəyyən hissəsi QHT-lər tərəfindən QHT.az saytına və öz subdomenli saytlarına daxil edilib. QHT.az saytının texniki imkanları artırılıb, dizayn yenilənib. Artıq şəbəkədə 500-dək QHT haqqında informasiya bazası formalaşdırılıb. Onlar üçün subdomenli saytlar fəaliyyət göstərir.

Layihə müddətində yaradılan QHT liderlərinin informasiya bankına 150-ə yaxın QHT rəhbəri haqqında məlumat daxil edilib və bloqlar yaradılıb. QHT.az - vətəndaş cəmiyyəti şəbəkəsindən istifadə qaydaları ilə bağlı videoçarx hazırlanıb.

Qeyd olunub ki, layihə çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda Bakı, Quba, Şirvan, Mingəçevir və Gəncədə yeddi təlim keçirilib. Bu təlimlərdə ümumilikdə 124 QHT rəhbəri, QHT nümayəndəsi və könüllü iştirak edib. Təlimlərdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərinin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və QHT.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı təşkilatlar üçün subdomenli saytlar da yaradılıb.

Regionlarda təlimlərin yüksək səviyyədə keçirilməsinə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Quba, Şirvan, Mingəçevir, Gəncə icra hakimiyyətləri, Milli QHT Forumu, YAP Gəncə Təşkilatı, Mingəçevir, Quba və Şirvan Regional QHT Resurs və Təlim mərkəzləri dəstək göstərib.

Sonda “Vətəndaş Cəmiyyəti Şəbəkəsinin” 10 ən fəal üzvü olan QHT-lər Fəxri Fərmanla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.