İDMAN


Elin Ahlin: Bakıda atıcılıq üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub

Bakı, 28 iyul, AZƏRTAC

Bakıda atıcılıq üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub. Belə müasir atıcılıq mərkəzində dünyanın ən güclü idmançıları ilə mübarizə apararaq çempion olmaq böyük xoşbəxtlikdir.

Bu fikirləri Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında qadınlar arasında 300 metr məsafəyə tüfənglə atəşaçma yarışının qalibi isveçli Elin Ahlin AZƏRTAC-a müsahibəsində deyib.

Bakı Atıcılıq Mərkəzinin ən yüksək standartlara cavab verdiyini vurğulayan Elin Ahlin bildirib: “Burada idmançılar və qonaqlar üçün hər cür şərait yaradılıb. Məşq yerləri və yarış poliqonu əla vəziyyətdədir. Belə müasir mərkəzdə atıcılıq idmanı üzrə güclü idmançılar yetişə bilər. Yeniyetmə və gənclər bu mükəmməl şəraitdən yaxşı bəhrələnərək gələcəkdə yarışlarda yüksək nəticələr əldə edə bilərlər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.