İDMAN


Elis Manolova: Növbəti hədəfim dünya çempionatıdır

Bakı, 21 may, Həsrət Mahmudova, Samirə Allahverdiyeva, AZƏRTAC

Türkiyəli rəqibimlə görüşüm çətin keçdi. Mübarizənin gedişində hesabda geri düşdüm, amma son dəqiqədə toparlanıb istədiyim fəndi icra etdim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İslamiadanın qadın güləşi yarışlarının 69 kiloqram çəki dərəcəsində qızıl medalını qazanan Elis Manolova deyib.

Ayın əvvəlində Avropa çempionatına qatıldığını və bu səbəbdən özündə bir qədər yorğunluq hiss etdiyini diqqətə çatdıran gənc idmançı bildirib: “Mayın əvvəlində Serbiyada keçirilən Avropa çempionatında xeyli güc sərf etmişdim. Ona görə də bu yarışda bir qədər yorğunluq hiss etdim. Növbəti hədəfim dünya çempionatıdır. Bir qədər istirahət etdikdən sonra həmin mötəbər yarışa hazırlaşacağam. Artıq daimi olaraq əsas komandada yer alıram və buna görə çox sevinirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.