CƏMİYYƏT


“Elitar” gimnaziyanın şagirdləri üçün SOCAR-ın Ekoloji Parkına ekskursiya təşkil edilib

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

“Elitar” gimnaziyanın şagirdləri üçün Qala qəsəbəsində yerləşən Ekoloji Parka ekskursiya təşkil olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin Ekologiya İdarəsinin ətraf mühitin mühafizəsi məqsədi ilə təşkil etdiyi maarifləndirici tədbirlər tələbələr və orta məktəb şagirdləri tərəfindən böyük maraqla qarşılanır.

Məktəblilər Ekoloji Parkda təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra, onlara SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr, Ekologiya İdarəsinin fəaliyyət istiqamətləri və istehsalat sahələri haqqında ətraflı məlumat verilib, videoçarxlar nümayiş etdirilib. Gəzinti zamanı məktəblilər “Eko-Park”ın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla tanış olublar. Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bioekoloji xüsusiyyətləri və becərilmə üsulları məktəblilərdə böyük marağa səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.