ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutu ilə İtaliyanın Qalileo Qaliley Elm Tarixi Muzeyi arasında memorandum imzalanıb
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli İtaliyada səfərdə olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində M.Seyidbəyli İtaliyanın Qalileo Qaliley Elm Tarixi Muzeyinin direktoru Paolo Qalluzi ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlərin qurulmasına dair əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, həmin muzey 1830-cu ildə Florensiyada italiyalı tarixçi Andrea Korsini tərəfindən Elm Tarixi Muzeyi və İnstitutu adı altında təsis edilib. 2010-cu ildən isə Qalileo Qaliley Elm Tarixi Muzeyi adı ilə fəaliyyət göstərir.