CƏMİYYƏT


Elm insanın qocalmasına qalib gələcək

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Yaxın gələcəkdə insanların ömrü ən azı iki dəfə uzanacaq, qocalma nəzarət edilə bilən prosesə çevriləcək.

AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, Böyük Britaniyanın futuroloq alimlərinin fikrincə, elm və təbabətin inkişafı ilə əlaqədar olaraq insanların ömrü 150-200 ilədək uzanmalıdır. İnsanları 50-90 yaş arasında öldürən əsas xəstəliklərə qalib gəlmək yolu ilə onların ömrünü uzatmaq tamamilə mümkündür. Sözügedən xəstəliklərə ürək-damar sisteminin patologiyası, xərçəng və digər qorxulu xəstəliklər aiddir.

Lakin orta ömür müddətinin uzanması ilə bağlı müəyyən problemlər də var. Britaniya alimləri hesab edirlər ki, əsas münaqişə müvafiq tibbi dəstəyin əlçatanlığı ilə əlaqədar olacaq. Nəticədə öz ömrünü “uzatmaq” imkanlarına malik insanlar qrupu formalaşacaq. Digərləri üçün isə təəssüf ki, uzunömürlülük əlçatan olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.