ELM VƏ TƏHSİL
“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi nəşr edilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, qəzetdə “Mühüm əməkdaşlıq platforması” məqaləsi, AMEA-nın Nizamnaməsində dəyişikliklər, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani ilə görüşü, AMEA Yüksək Texnologiyalar Parkının ekspertlər şurasının iclası, Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirakı, AMEA prezidentinin rəhbərliyi ilə bir qrup alimin Xızı Dayaq Məntəqəsindəki mövcud vəziyyətlə tanışlığı haqqında materiallar yer alıb.
Qəzetin yeni nömrəsində “Misirli qonaq Tarix İnstitutunda”, “Qədim mədəniyyətlərin qovuşduğu diyar“, “Bağa baxarsan, bağ olar...”, “Torpaq ovuclayan qızıl ovuclar”, “Gənc tədqiqatçının ilk kitabına qeydlər” məqalələri, eləcə də rus dilində digər maraqlı məlumatlarla tanış olmaq olar.