CƏMİYYƏT


“Elm şənliyi” çərçivəsində intellektual müsabiqə keçiriləcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan “Elm şənliyi” layihəsi çərçivəsində qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə dekabr ayında intellektual müsabiqə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gənclərdə milli irsimizə və dünya tarixinə marağın formalaşdırılmasına, həmçinin elmin cəmiyyətdə təbliğinə xidmət edən müsabiqə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti və Azərbaycan Arxeoloqlar Cəmiyyəti tərəfindən dəstəklənir.

Müsabiqənin şərtləri barədə məlumatla facebook sosial şəbəkəsindəki Elm şənliyi\Science party səhifəsində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.