ELM VƏ TƏHSİL


“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində doqquzuncu mühazirə dinlənilib

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədovun “İki ardıcıllığın hədlərinin hasillərinin vasitəsi ilə düzəldilmiş cəmlərin qiymətləndirilməsi: Çebışev, Hölder, Minkovski bərabərsizlikləri və digər tətbiqləri” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə elmi-populyar üsullarla klassik bərabərsizliklər araşdırılıb, müəyyən tətbiqlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.