ELM VƏ TƏHSİL
“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində mühazirə
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, növbəti mühazirədə bu elm müəssisəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədov “Koşi-Bunyakovski bərabərsizliyi, ədədi, həndəsi və harmonik ortalar arasında münasibət” mövzusunda çıxış edib.
Mühazirədə populyar dildə Koşi-Bunyakovski bərabərsizliyi isbat olunub, ədədi, həndəsi və harmonik ortalar arasında münasibətlər əldə edilib və müxtəlif tətbiqi məsələlərə baxılıb.