İQTİSADİYYAT
Elman Rüstəmov: ABB-nin reskturizasiyası prosesi manatın məzənnəsinə təsir göstərməyəcək
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə müsahibəsində bildirib.
“Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq. ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilən tədbirdir. Bu ilin sonunadək manatın məzənnəsi üçün heç bir risk yoxdur, manatın ucuzlaşması risklərini görmürük", - deyə E.Rüstəmov qeyd edib.