SİYASƏT


Elmar Məmmədyarov: Azərbaycan hər zaman Türkiyənin yanındadır VİDEO

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyini diqqətə çatdırıb. O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. Nazir qardaş Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini bildirib.

Elmar Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.