ELM VƏ TƏHSİL
Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı Almaniyada tədris-təcrübə kursu keçir
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzinin şöbə müdiri Eldar Şirəliyev Almaniya Menecment Akademiyasında müvafiq sahə üzrə tədris-təcrübə kursu keçir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 15-dək davam edəcək kurs İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq təşkil edilib.
Xatırladaq ki, E. Şirəliyev Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən keçirilmiş müsabiqədə uğurlu nəticələrinə görə tədris-təcrübə kursunda iştirak etmək hüququ qazanıb.