ELM VƏ TƏHSİL
Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı layihə qəbul olunub
Bakı 28 avqust, AZƏRTAC
Bu günlərdə Avropa İttifaqı TAİEX komissiyasının iclasında Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı “İnnovasiyanın üçqat modeli” adlı layihəyə baxılıb və icraya qəbul olunub.
Elmi İnnovasiyalar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, layihə Avropa İttifaqı TAİEX proqramı çərçivəsində hazırlanıb.
Bu ilin oktyabr-noyabr aylarında Bakıda layihə əsasında Avropa İttifaqı TAİEX şöbəsi ekspertlərinin təşkilatçılığı ilə milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan elm-dövlət-istehsalat (üçqat spiral) münasibətlərinin qurulması mövzusunda seminar keçiriləcək.
Seminarda Avropanın qabaqcıl ölkələrin təcrübələri əsasında “innovasiyanın üçqat modeli” konsepsiyası, modelin strukturu və iştirakçıların vəzifələri, üçqat spiral və iqtisadiyyat, üçqat modelin formalaşması, regional inkişafda üçqat modelin əsasları, innovasiya nəzəriyyəsindən alınan modelin əsas xüsusiyyətləri mövzusunda məsələlər müzakirə olunacaq.