ELM VƏ TƏHSİL
Elmi işlərin nəticələri impakt faktorlu jurnallarda dərc ediləcək
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor Mirsəlim Əsədov Moskvada Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (EABA) elektron texnikası üçün funksional materiallar üzrə elmi şurasının illik iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Rusiya Elmlər Akademiyasının Fiziki Texnologiyalar İnstitutu ilə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya arasında imzalanan elmi əməkdaşlıq müqaviləsinə əsasən aparılan elmi işlərin nəticələri müzakirə olunub.
Elmi işlərin nəticələrinin impakt faktorlu jurnallarda məqalə kimi dərc edilməsi nəzərdə tutulur.