ELM VƏ TƏHSİL
Elmi şuranın iclasında Bakı elm festivalına təqdim ediləcək tədqiqat materialları haqqında məlumat verilib
Bakı, 18 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu elmi şurasının iclası keçirilib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasında riyaziyyat və mexanika sahəsi üzrə aparılacaq elmi tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənəşdirilməsi məqsədilə təkliflər dinlənilib.
Eyni zamanda, elm müəssisəsinin təşkil etdiyi “Riyaziyyatın, astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda N. Tusinin xatirəsinə həsr olunmuş beynəlxalq konfransın yekunları və institut əməkdaşlarının Bakı elm festivalına təqdim edəcəkləri tədqiqat materialları haqqında məlumat verilib.
Sonra institutda doktorantura və dissertanturaya qəbul prosesi barədə müzakirələr aparılıb.