ELM VƏ TƏHSİL
Elmin İnkişafı Fondu “Facebook”da sualları cavablandıracaqdır VİDEO
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) iyunun 9-da özünün “Facebook” səhifəsində (https://www.facebook.com/Elmfondu) vətəndaşların suallarını cavablandıracaqdır.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, vətəndaşlar EİF-in fəaliyyət istiqamətləri, fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilən qrant müsabiqələri, gənc alimlərə dəstək, xaricdə elmi təcrübə keçmələrin maliyyələşdirilməsi, fondun gələcək planları və digər məsələlərlə bağlı suallarını online rejimdə ünvanlaya bilərlər.
Suallar operativ, qısa və dolğun şərhlərlə cavablandırılacaqdır.
Fond bu layihəni müntəzəm həyata keçirəcəkdir.