ELM VƏ TEXNOLOGİYA


Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək.

EİF-dən AZƏRTAC-a bildiriblər ki, respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir.

Nəşrin müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır.

Kitab-kataloqda ilk dəfə çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri əksini tapıb. Nəşrdə xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.