MƏDƏNİYYƏT


“Elmin zirvəsində - Gülnaz Abdullazadə” kitabının təqdimatı olub

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı olub. “Na verşine nauki – Qyulnaz Abdullazade” (Elmin zirvəsində - Gülnaz Abdullazadə) adlı kitabın müəllifi Nuridə İsmayılzadədir.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbir Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, akademik Vasim Məmmədəliyev çıxış edərək təqdimatı keçirilən kitabın Gülnaz Abdullazadə haqqında məhəbbət və səmimiyyətlə yazıldığını bildiriblər.

Qeyd olunub ki, Gülnaz Abdullazadənin yaradıcılığı, elmi, pedaqoji və ictimai sahələrdə çoxcəhətli və məhsuldar fəaliyyəti milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynayır. O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında yaxından iştirak edir.

Kitabın müəllifi Nuridə İsmayılzadə bildirib ki, monoqrafiyada Gülnaz Abdullazadənin alim, pedaqoq, Bakı Musiqi Akademiyasının elmi və yaradıcılıq işləri üzrə prorektoru kimi fəaliyyətinin bütün sahələri təqdim edilir. Səkkiz fəsildən ibarət monoqrafiyada Gülnaz Abdullazadənin uşaqlıq illəri, elmi, pedaqoji, ictimai fəaliyyəti əhatə olunub. Həmçinin XXI əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafında Gülnaz Abdullazadənin rolu, tanınmış şəxslərin, elm, mədəniyyət, incəsənət xadimlərinin onun haqqında fikirləri əksini tapıb. Kitabdan pedaqoji və tədqiqat prosesində istifadə etmək olar.

Təqdimat mərasimində Gülnaz Abdullazadənin fotolarından ibarət slaydlar nümayiş olunub və bəstələdiyi musiqilər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.