Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Elmira Axundova: Azərbaycanlılar həmişə rus dilinə və mədəniyyətinə can atıblar

Bakı, 13 mart, AZƏRTAC

Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun jurnalistinə müsahibəsində iki ölkə arasında humanitar əməkdaşlığın gələcək perspektivlərindən danışıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Bu yaxınlarda Sankt-Peterburqda müzakirə edilən MDB-nin iştirakçısı olan ölkələrin mədəni irsinin qorunub saxlanılması haqqında Konvensiyanın qəbul edilməsi nə kimi əhəmiyyət və aktuallıq kəsb edir?

-Biz Konvensiyanı qəbul etsək, bu, böyük iş olacaq. Konvensiya dövlətlərin tarixi abidələrə münasibətdə məsuliyyətini stimullaşdıracaq. Orada maraqlı və əhəmiyyətli olan olduqca çox məsələnin, o cümlədən MDB ölkələrinin mədəni irsi olan obyektlərin reyestrinin yaradılmasının əsası qoyulub. Amma müasir reallıqlar nəzərə alınmayıb. Reallıqlar isə belədir ki, MDB ərazisində zəifləməyən silahlı münaqişələr var – sənədi bu cür hazırlamaq olmaz. Bütün dünya kimi, MDB məkanı da təlatüm içindədir. Ölkələr bir-biri ilə münaqişə edir. Maddi-mədəni irs məhv olur. Ölkələrdən biri digər ölkənin qeyri-maddi irsinə yiyələnir. Canlı nümunə - Azərbaycanın işğal edilmiş əraziləridir. Burada yüzlərlə və minlərlə tarixi və arxeoloji abidə, onlarca kitabxana dağıdılıb, milyonlarca kitab, muzeylər və qəbiristanlıqlar yerlə bir edilib. Mən hələ bütün toponimlərin və yaşayış məntəqələrinin adlarının tam erməniləşməsindən danışmıram, yəni burada azərbaycanlıların yaşadığını xatırladan hər şey yox edilib. Buna görə də Azərbaycan çoxsaylı iradlarını təklif edib, həmkarları da bunu anlayışla və böyük diqqətlə qarşılayıblar. Biz işi davam etdiririk – çox böyük iş olacaq, çünki sənəd yetərincə natamamdır. Bununla belə, o, taleyüklüdür, bütün mübahisəli və zəif məqamlar aradan qaldırılmalıdır.

-Ölkələr arasında, məsələn, Rusiya ilə Azərbaycan arasında mədəni irsin qorunub saxlanılması üzrə birgə işə hər hansı maneə varmı?

-Nəinki heç bir problem yoxdur, əksinə, Heydər Əliyev Fondu Həştərxan vilayətində knyaz Vladimirə abidə ucaldıb, yəni Azərbaycan bu abidəni Rusiyaya hədiyyə edib. Azərbaycanda, demək olar, bütün pravoslav kilsələri bərpa edilib. Dövlətin vəsaiti hesabına Pravoslav Dini-Mədəniyyət Mərkəzi tikilib. Müqəddəs Mirodaşıyan Zövcələr Kafedral Kilsəsi bərpa edilib. Abidələrin çoxu Rus Pravoslav Kilsəsinə verilib. Bu, əsl tolerantlıq və qarşılıqlı etimada söykənən mədəni əməkdaşlıq nümunəsidir və mən yüzlərlə belə nümunə gətirə bilərəm. Heydər Əliyev Fondu onlarca ölkədə mədəni irs abidələrinin qorunub saxlanılmasında və bərpa edilməsində iştirak edir. Hətta Vatikanda bir neçə tablo və Roma katakombaları Heydər Əliyev Fondunun vəsaiti ilə bərpa edilib. Belə ki, Azərbaycan mədəni irsə, özü də təkcə özününkünə deyil, münasibət baxımından başqa dövlətlərə həqiqi örnək göstərir.

-Siz Rusiya ilə Azərbaycanın humanitar əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

-Çox yüksək. Amma istərdim ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə daha rahat şərait yaradılsın. Axı, burada çox böyük diaspor yaşayır. Hətta radio və ya televiziyada hər hansı kanalın açılması barədə düşünmək olar, çünki azərbaycanlılar hər bir şəhərdə yaşayırlar. Azərbaycanlı müəllifləri daha çox nəşr etmək olar. Düşünürəm ki, yazıçı və jurnalistlərin timsalında mədəni əlaqələr prosesi daha intensiv olmalıdır, çünki maraq var. Budur “Baku” jurnalı - bu jurnal Moskvada çox populyardır, özü də təkcə azərbaycanlılar arasında deyil. Azərbaycanda isə Bakıda rus dilində xeyli qəzet və jurnal nəşr olunur, çoxlu sayda rus dilində məktəb var, Moskva Dövlət Universitetinin və M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları yaradılıb, qarşılıqlı olaraq fakültələr açılıb - indi həm Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan dili fakültəsi, həm də M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Azərbaycanda yaxşı mənada Rusiyanın mədəni-maarif ekspansiyası baş verir və mən bunu alqışlayıram, çünki heç kəs heç kəsi dil öyrənməyə məcbur etmir. Sadəcə azərbaycanlılar həmişə rus dilinə və mədəniyyətinə can atıblar. Bizdə rus dilinin və mədəniyyətinin qorunub saxlanılması dövlətin sərəncamındadır. Bu, yenə də bizdən öyrəniləsi bir nümunə - tolerant və multikultural cəmiyyət tərbiyə olunması nümunəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO