SİYASƏT
Elmira Axundova: Çalışmışam ki, kitabda maraqlı məqamları oxuculara sadə, publisist dillə çatdırım VİDEO
Bakı, 30 noyabr, AZƏRTAC
Çox şadam ki, müəllifi olduğum “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı artıq Rusiyanın Moskva, Sankt-Peterburq, Novqorod və başqa şəhərlərinin ən böyük mağazalarında satılır. Artıq bir neçə xarici nəşriyyat kitabla maraqlanır və onu nəşr etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundova deyib.
Elmira Axundova bildirib ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı ilin ən yaxşı kitabı kimi Moskvada keçirilən “Beynəlxalq intellektual ədəbiyyat” sərgisində “Politiçeskaya ensiklopediya” nəşriyyatının ən uğurlu nəşri nominasiyasının qalibi olub.
“Çalışmışam ki, kitabda maraqlı məqamları oxuculara sadə, publisist dillə çatdırım”, - deyə yazıçı bildirib.