İDMAN


Elmira Mirzəyeva Rusiya Kuboku mərhələsində qələbə uğrunda mübarizə aparacaq

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Qadınlar arasında şahmat üzrə 2016-cı il Rusiya Kubokunun üçüncü mərhələsində - Çelyabinsk vilayətinin Satka şəhərində keçirilən ənənəvi açıq “Satka payızı” turnirində ilk partiyalar oynanılıb. Bu yarışlarda mübarizə aparan 30 iştirakçı arasında Moskvada yaşayan azərbaycanlı qrossmeyster Elmira Mirzəyeva (2320) da var.

AZƏRTAC xəbər verir ki, ilk turda qara fiqurlarla oynayan Mirzəyevanın rəqibi FIDE ustası Alla Survillo (Novosibirsk) olub. Bu görüş heç-heçə başa çatıb.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarışlar sentyabrın 29-da başa çatacaq.

Moskvalı Elmira Mirzəyeva şahmat üzrə beynəlxalq qrossmeysterdir. O, Rusiya və dünya miqyasında sanballı idman uğurları qazanmış gənc azərbaycanlı qadın idmançılardan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.