MƏDƏNİYYƏT
Elnur Hüseynov Avropa promoturu çərçivəsində Belçikada olub VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Avropa promoturu çərçivəsində ötən gün Belçikada olub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz səfərdən yaxşı formada yararlanıb. Belə ki, o, “Menttv” telekanalına, mediawatchers.be saytına müsahibə verib və videotəqdimat üçün çəkilişdə iştirak edib, “TV Limburg”in efirində “Hour of the Wolf” müsabiqə mahnısını səsləndirib. Bundan əlavə Elnur müsabiqə həmkarı olan Belçika nümayəndəsi Loik Notte ilə görüşüb.
Loik təəssüratlarını belə bölüşüb: “Hour of the Wolf” çox güclü kompozisiyadır və heç kim bu musiqiyə biganə qala bilməz. Hesab edirəm ki, Elnurun çox güclü səsi var. Yeri gəlmişkən, mahnının klipi də xoşuma gəldi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]