MƏDƏNİYYƏT
Elnur Hüseynov İsfar Sarabski ilə birlikdə yeni albom hazırlayır
Bakı, 30 may, AZƏRTAC
Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov iki albom üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə oikotimes.com saytı məlumat yayıb. Müğənni bildirib ki, o, hazırda eyni zamanda iki albom üçün mahnı yazır. “Onlardan biri məni “Türkiyənin səsi” yarışmasında dəstəkləyən pərəstişkarlarım üçün türk dilində olacaq. Digərini isə bütün Avropa və Eurovision fanlarım üçün ingilis dilində hazırlayacağam”, - deyə o qeyd edib.
Elnur ingilis dilində albomunu tanınmış Azərbaycan pianoçusu və bəstəkarı İsfar Sarabski ilə birgə hazırlayacaq. Albomların buraxılış vaxtının yayda elan ediləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]