İDMAN


Elşən Abdullayev: Azarkeşlər toplanışdan sonra daha güclü “Qarabağ”ı izləyəcəklər

Bakı, 11 yanvar, AZƏRTAC

“Qarabağ”a gəlişim qısa zamanda baş verdi. “Neftçi” ilə müqaviləm bitmişdi. Həmin vaxt “Qarabağ”dan təklif aldım və bunu dəyərləndirdim. Burada daha əvvəlcədən tanıdığım, bir yerdə oynadığım komanda yoldaşlarım var. Komandada hər kəs bir ailə kimidir. Ona görə düşünürəm ki, komandama uyğunlaşmağımda bir problemim olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubunun futbolçusu Elşən Abdullayev deyib.

Çətin olacağını bura gəlməmişdən əvvəl dərk etdiyini söyləyən futbolçu deyib ki, rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə də, bu rəqabət mənim xeyrimə olacaq. Əsas heyətə düşmək özümdən asılıdır. İnanıram ki, hər şey istədiyim kimi alınacaq. Çempionluq uğrunda gərgin mübarizə gedir. Komandaların hamısı çətin rəqiblərdir. Ancaq bütün rəqiblərimizə hörmətlə yanaşsaq, inanıram ki, növbəti çempionluğu əldə edəcəyik.

“Azarkeşlər hər zaman komandasının daha güclü olmasını istəyirlər. Daha baxımlı futbol görmək istəyirlər. Ümid edirəm ki, onlar toplanışdan sonra daha güclü “Qarabağ”ı izləyəcəklər”, - deyə futbolçu əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.