SİYASƏT


“Embassy Brasilia” jurnalında Azərbaycanla bağlı məqalə dərc edilib

Bakı, 5 iyun, AZƏRTAC

Braziliyanın “Embassy Brasilia” jurnalında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Günü ilə bağlı keçirilmiş tədbirə həsr olunan məqalə dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, ingilis və portuqal dillərində dərc olunan məqalədə səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək, Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyi, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş uğurlar haqqında məlumat verilir. Həmçinin Azərbaycan–Braziliya münasibətləri, xüsusilə ticarət dövriyyəsi, eləcə də Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxuculara təqdim edilir.

Bundan əlavə, məqalədə son illərdə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, xüsusilə birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları haqqında da bəhs edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.