MƏDƏNİYYƏT
Emil Qədirov “Rusiya musiqisi” festival-müsabiqəsində iştirak edəcək
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 3-dən 6-dək Qnesinlər adına Rusiya Musiqi Akademiyasının konsert zalında Dünya Milli Orkestrlərinin IV Beynəlxalq Festivalı və “Rusiya musiqisi” Rus Milli Orkestri üçün XV Ümumrusiya müasir Musiqi festival-müsabiqəsi keçiriləcək.
AZƏRTAC Rusiya Musiqi Akademiyasının saytına istinadla xəbər verir ki, festival çərçivəsində aprelin 5-də təşkil olunacaq konsert proqramında həmvətənimiz Emil Qədirov (bariton) da çıxış edəcək. Bu barədə məlumat, həmçinin musiqiçinin saytında yer alıb.
E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olub. Hazırda “Qradskiy Holl” teatrının solistidir. Konsert repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir.