MƏDƏNİYYƏT


Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı təşkil ediləcək

Bakı, 13 may, AZƏRTAC 

İyunun 3-də Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, onlarla filmə öz musiqisi ilə ruh verən, bir çox televiziya və teatr tamaşalarını öz musiqiləri ilə insanlara daha da sevdirən görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Xalq artistləri Yalçın Rzazadə, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Anar Şuşalı, Zakir Əliyev, Teymur Əmrah, Lalə Məmmədova, Almaz Ələsgərova, İnarə Babayeva, müğənnilər Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Rəşad İlyasov, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, “Sevil” qrupu və başqaları çıxış edəcək.

Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və digər sevilən mahnıları səsləndiriləcək.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.