DÜNYA


“Emirates” ABŞ-ın beş şəhərinə aviareyslərin sayını azaldacaq

Bakı, 20 aprel, AZƏRTAC

“Emirates” aviakompaniyası ABŞ-da Yaxın Şərq ölkələrindən olan sərnişinlərə təsir edən təhlükəsizlik qaydalarının tətbiqi ilə əlaqədar bu ölkənin beş şəhərinə reyslərin sayını azaldacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın məlumatına əsasən, reyslərin bir hissəsinin ləğv olunması ABŞ-a aviabilet tələbatının azalması ilə bağlıdır.

Kompaniya Dubaydan Fort-Loderdeyl və Orlandoya gündəlik uçuşları həftədə yeddi reysdən beş reysə salmağı planlaşdırır. Həmçinin iyun ayında Boston, Sietl və Los-Ancelesə reyslər də gündə iki dəfədən bir dəfəyə endiriləcək.

Xatırladaq ki, yanvarın sonlarında ABŞ Prezidenti Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyan fərman imzalayıb. “Emirates” aviakompaniyasının prezidenti Tim Klarkın sözlərinə görə, bu səbəbdən ABŞ-a uçan sərnişinlərin sayı təxminən 1/3-dək azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.