DÜNYA


“Emirates” aviaşirkəti Qətərə uçuşları dayandırır

Bakı, 5 iyun, AZƏRTAC

Mərkəzi Dubayda yerləşən “Emirates” aviakompaniyası iyunun 6-dan Qətərə uçuşları dayandıracağını bəyan edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Dubaydan Dohaya son reys yerli vaxtla saat 2:30-da, əks tərəfə isə 3:50-də yola düşəcək.

“Emirates”in reyslərinə bilet alan sərnişinlərə alternativ variantlar təklif ediləcək”, - deyə aviakompaniyadan bildiriblər.

Bir qədər əvvəl Səudiyyə Ərəbistanı, Misir və Bəhreynin ardından Birləşmiş Ərəb Əmirliyi də “terrora dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələrini kəsdiyini, həmçinin bu ölkə ilə dəniz və quru sərhədlərini bağladığını elan edib. Daha sonra onlara Yəmən və Liviya da qoşulub. Beləliklə, Qətərlə əlaqələri kəsən ərəb ölkələrinin sayı 6-ya çatıb.

Qətər isə öz növbəsində qonşularının bu addımını Dohaya təzyiq vasitəsi adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.