DÜNYA
“Emmi” mükafatını “Taxt oyunları” və “Vitse-prezident” serialları qazanıb VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Fentezi janrında çəkilmiş “Taxt oyunları” serialı Amerika Televiziya Akademiyasının təqdim etdiyi əsas “Emmi” mükafatına layiq görülüb. Həmçinin nominasiyaların sayına görə də lider olan film artıq ardıcıl olaraq ikinci ildir ki, ən yaxşı dramatik serial adını qazanır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, mükafatın 68-ci təqdimetmə mərasimi sentyabrın 18-də Los-Ancelesdə baş tutub.
Bu ilin ən yaxşı komediya serialı adını isə 2012-ci ildən ekrana çıxan “Vitse-prezident” filmi alıb. Serialda baş rolda çıxış edən Culiya Lui-Dreyfus “Ən yaxşı komediya aktrisası” mükafatına layiq görülüb.
Qeyd edək ki, 1949-cu ildə televiziya üçün təsis edilən “Emmi” mükafatı kinematoqrafiya sahəsində təqdim olunan “Oskar” mükafatı qədər əhəmiyyətli sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]