İQTİSADİYYAT
Energetika Nazirliyi: Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılacağı barədə məlumat həqiqətə uyğun deyil
Bakı, 16 oktyabr, Nihat Budaqov, AZƏRTAC
Energetika Nazirliyi “news-365.ru” xəbər portalının yaydığı bu ilin noyabrın 1-dən etibarən guya Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılacağı barədə energetika naziri Natiq Əliyevin adından verilmiş məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məlumat həqiqətə uyğun deyil və heç bir mənbəyə əsaslanmır. Energetika naziri N.Əliyev heç bir müsahibə, yaxud çıxışında belə bir bəyanat verməyib. “Odur ki, kütləvi informasiya vasitələrini peşəkarlıq prinsiplərinə zidd olan təxribat xarakterli bu cür qeyri-ciddi məlumatlarla cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq”, - deyə qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]