İQTİSADİYYAT


Energetika Nazirliyinin əməkdaşlarına mükafatlar təqdim olunub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” 2016-cı il 19 sentyabr tarixli Sərəncamı ilə neft sənayesinin inkişafındakı xidmətlərinə görə Energetika Nazirliyinin “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri Natiq Əliyev neftçi əməyini həmişə yüksək qiymətləndirən, neftçilərin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib. Neft-qaz, neft emalı və neft-kimya sənayesinin hələ uzun illər Azərbaycan iqtisadiyyatında aparıcı mövqe tutacağını vurğulayan energetika naziri deyib ki, peşəkar neft sənayesi işçilərinin xidmətlərinə ölkəmizin gələcəkdə də ehtiyacı olacaq.

Sonra energetika naziri N.Əliyev təltif olunan əməkdaşları təbrik edərək, mükafatları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təltif olunanlardan iqtisadiyyat, elm və innovasiya şöbəsinin müdiri Rafiq Əliyev və beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Anar İsmayılov aldıqları dövlət mükafatlarını nazirliyin kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı daim doğruldacaqlarını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.