DÜNYA


Enerji nəhəngi “Total” Əlcəzairi məhkəməyə verib

A+ A

Bakı, 11 iyul, Nihad Budaqov, AZƏRTAC 

Fransanın enerji nəhəngi olan “Total” şirkəti Əlcəzairi məhkəməyə verib.

AZƏRTAC xəbər verir ki, “Total”dan edilən şərhdə, Əlcəzairdəki neft və qaz hasilatı zamanı əldə edilən gəlirlərlə bağlı yaranan anlaşılmazlıqla əlaqədar şirkətin Cenevrədəki beynəlxalq arbitraj məhkəməsinə müraciət etdiyi bildirilir. Şərhdə Əlcəzairin “Total”ın bu ölkədəki neft və qaz hasilatı fəaliyyətindən əldə edilən gəlir bölgüsündə tək tərəfli dəyişiklik etdiyi və buna görə də məhkəməyə müraciət olunduğu qeyd edilib.

Qeyd edək ki, “Total” keçən il 165 milyard avro gəlir əldə edib, xalis mənfəəti isə 5 milyon avro olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.